RU
Jurnalistə kobudluq edən sürücü işdən kənarlaşdırıldı - BAKIDA
18:09
450

Jurnalistə kobudluq edən sürücü işdən kənarlaşdırıldı - BAKIDA

"Cümhuriyət” qəzetinin əməkdaşı Rövşən Əsədovun 136 saylı avtobusun sürücüsünən olan şikayətinə 24 gündən sonra baxılıb. Sürücü bir ay müddətinə idarəetmədən kənarlaşdırılıb.

7News.az xəbər verir ki, "Cümhuriyət” qəzetinin əməkdaşına qarşı 8 aprel tarixində "Koroğlu” metrostansiyasından Şüvəlan istiqamətində hərəkət edən 136 nömrəli avtobus sürücüsü tərəfindən edilən kobudluqla bağlı 141 qaynar xəttinə müraciətə baxılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib: "Sürücü bizim müdaxiləmizdən sonra bir ay müddətinə sükan arxasından kənarlaşdırılıb. Bir ay ərzində onunla bağlı aparılacaq maarifləndirmə və müvafiq təlimat tədbirlərindən sonra fəaliyyətində müsbət dönüş olmasa, işindən azad ediləcək”. //Cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ