RU
Kabildə törədilən partlayış: Ölənlər var
10:00
266

Kabildə törədilən partlayış: Ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bu barədə "Tolo News” telekanalı məlumat verib.

Terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub. /apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ