RU
Kabildə yenə güclü partlayış oldu
17:50
211

Kabildə yenə güclü partlayış oldu

Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərb hissəsində güclü partlayış baş verib.

7News.Az "Aamaj News” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, Kabilin qərbində mikroavtobus partladılıb.


Hadisənin detalları, eləcə də ölən və yaralılar barədə hələ ki, məlumat yoxdur.

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban” hərəkatı hadisə barədə açıqlama verməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ