RU
Kafe sahibi müsuqi səsinə görə cərimələndi
11:35
520

Kafe sahibi müsuqi səsinə görə cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən "Beer Kode” kafesindəki  musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Nazirlikdən 7news.Az-a verilən məlumata görə, kafedə aparılan ölçmə işləri nəticəsində səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ