7NEWS.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.
İş üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 1-nə təyin olunub.
Xatırladaq ki, iyulun 4-ü saat 01 radələrində Mingəçevir Dövlət Universitetinin tələbəsi, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıq və təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.








