"El-Ninyo" iqlim fenomeni səbəbindən ABŞ-nin Kaliforniya sahilləri köpəkbalıqlarının axınına məruz qala bilər.
Bu barədə "Fox Weather" nəşri xəbər yayıb.
Materialda bildirilir ki, "El-Ninyo" Sakit okeanın ekvatorial hissəsində səth sularının temperaturunun artmasına səbəb olur. Okean suları isindikcə Cənubi Kaliforniya regionuna daha çox köpəkbalığının köç edəcəyi gözlənilir.
Bioloq Kris Lounun sözlərinə görə, ağ köpəkbalığı və çəkicbaş köpəkbalığı kimi bəzi növlər daha sərin sularda çoxalmağa üstünlük verdikləri üçün şimala üz tutacaqlar. Eyni zamanda, pələng köpəkbalıqları kimi cənub növləri Kaliforniyanın cənub sahillərinə köç edirlər.
ABŞ Milli Okean və Atmosfer Tədqiqatları Administrasiyasının (NOAA) proqnozları yüksək ehtimalla bu il və gələn ilin planetdə müşahidə olunan ən isti illər olacağını göstərir.








