Altı maqnitudalı zəlzələnin ardınca Kamçatka yarımadasının sahillərində 30-dan artıq yeraltı təkan qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən TASS agentliyinə bildirilib.
"Sakit okean akvatoriyasında dəniz dibinin 41 kilometr dərinliyində 6 maqnitudalı seysmik hadisə baş verib. Qeyd olunub ki, hadisədən sonrakı bir neçə saat ərzində həmin bölgədə 30-a qədər zəlzələdən ibarət seysmik dalğa müşahidə edilib", - deyə məlumatda vurğulanıb.
Ərazidəki yaşayış məntəqələrinin əhalisi tərəfindən yalnız 3 bala qədər gücü olan bir yeraltı təkan hiss edilib. Təbii fəlakətlə əlaqədar sunami xəbərdarlığı verilməyib.








