RU
Kamerunda baş vermiş toqquşmalar nəticəsində 25 nəfər ölüb
23:10
973

Kamerunda baş vermiş toqquşmalar nəticəsində 25 nəfər ölüb

Kamerunun şimalında etnik zəmində baş vermiş toqquşmalar nəticəsində 25 nəfər ölüb.

Şoa və musqum xalqları arasında silahlı toqquşma kənd təsərrüfatı torpaqları üstündə baş verib.

İğtişaş nəticəsində bir neçə məhəllədə tikililər yandırılıb. 30 minədək insan qonşu Çadın sərhədini keçərək qaçmağa məcbur olub.

Son zamanlar Kamerunda köçəri şoa xalqı ilə əkinçiliklə məşğul olan musqum xalqı arasında toqquşmaların sayı artıb.

Bundan əvvəl baş verən toqquşma isə avqust ayında baş verib. Həmin vaxt 32 nəfər ölüb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ