RU
Kanada bu Çin şirkətlərinin 5G məhsullarını qadağan etdi
12:35
504

Kanada bu Çin şirkətlərinin 5G məhsullarını qadağan etdi

Kanada Çinin texnoloji şirkətləri "Huawei” və "ZTE”yə ölkənin 5G simsiz şəbəkələrində iştirakını "milli təhlükəsizlik narahatlıqları” səbəbi ilə qadağan edib.

7NEWS.az xəbər verir ki, daha əvvəl ABŞ, Böyük Britaniya, Belçika, İsveç, Yeni Zelandiya və Avstraliyada qadağan edilən "Huawei” və "ZTE”nin 5G məhsulları Kanadada bloklanıb. Qərara əsasən, 2022-ci ilin sentyabr ayına qədər "Huawei” və yeni 4G və ya 5G avadanlıqları, "ZTE”dən xidmət alışları dayandırılacaq. Çin isə şirkətlərini qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ