RU
Kanada COVID-19-a qarşı 13,6 milyon doz vaksini məhv edəcək
14:10
205

Kanada COVID-19-a qarşı 13,6 milyon doz vaksini məhv edəcək

Kanadada koronavirusa qarşı 13,6 milyon doz "AstraZeneca” peyvəndi məhv ediləcək.

7NEWS.Az xəbər verir ki, məlumatı "abcnews” yayıb.

Qeyd olunub ki, buna səbəb vaksinlərin satılmamasıdır.

Bildirilib ki, Kanada 2020-ci ildə "AstraZeneca” ilə 20 milyon doz vaksin üçün müqavilə imzalayıb və 2021-ci ilin mart-iyun aylarında kanadalılar 2,3 miyon doz vaksin alıb.

Kanada qalan 17,7 milyon vaksini bağışlayacağına söz vermişdi. Ancaq iyulun 5-də ölkənin Səhiyyə Nazirliyi 13,6 milyon doz vaksinin istifadə müddətinin başa çatdığını və atılmalı olduğunu bildirib.

Məlumata görə, dünya əhalisinin 61 faizi yaşayan ən yoxsul dövlətlərin sakinlərinin 16 faizi koronavirusa qarşı peyvənd olunduğu halda Kanada əhaslinin 85 faizi tam vaksinasiya olunub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ