Kovrig və Spavorun saxlanması Çinin Huawei şirkətinin Baş Maliyyə Direktoru Meng Wanzhou-nun 2018-ci il dekabrın 1-də ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edilərək Vankuverdə saxlanmasından sonra baş verib.
7NEWS.az xəbər verir ki, Kanada hökuməti "casusluq" ittihamı ilə Çin həbsxanalarında 3 ilə yaxın həbsdə olan Maykl Spavor və Maykl Kovri adlı vətəndaşlarına milyon dollar təzminat ödəməyə hazırlaşır. Kanada mətbuatının məlumatına görə, vəkillər 2018-ci ildə saxlanılan iş adamı Maykl Spavor və keçmiş diplomat Maykl Kovriqlə bağlı hökumət rəsmiləri ilə təzminatla bağlı danışıqlar aparır. Hüquqşünaslar yeni ilin əvvəlinə qədər hökumətlə təzminat razılaşması əldə etməyə ümid edirlər.
7NEWS.az








