RU
Kanadada 700-dən çox insan anomal istilərin qurbanı oldu
13:30
1028

Kanadada 700-dən çox insan anomal istilərin qurbanı oldu

Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində rekord isti hava ilə əlaqədar 700-dən çox insanın ölümü qeydə alınıb.

Bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib.

Onun sözlərinə görə, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb. Bu, analoji dövrlə müayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.

Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ