RU
Kanadada məscid daşa basılıb
15:54
357

Kanadada məscid daşa basılıb

Kanadanın Monreal şəhərinin Point-Sent-Çarls rayonunda naməlum şəxs və ya şəxslər "Xədicə Məscidi” adlı İslam Mərkəzini daşa basıblar. 

Bunu mərkəzin rəhbəri Asik Əhməd bildirib.

Hadisə nəticəsində məscidin pəncərələrinin şüşələri sınıb. 

A.Əhməd vurğulayıb ki, bu hadisə nifrətin belə tezliklə sona çatmayacağını göstərir. 

Polis nümayəndələri deyib ki, bir neçə gün əvvəl naməlum şəxs və ya şəxslər həmin məscidə yumurta atımış, boya ilə mərkəzin divarlarına təhqiredici ifadələr yazılmışdı.

Faktla bağlı araşdırma aparılır./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ