Kanadanın Toronto şəhərində xoşagəlməz hadisə yaşanıb.
7News.az xəbər verir ki, şəhərin Peel Bölgəsində yerləşən Xalq Məktəbləri Rəhbərliyinin yığıncağını basan bir qrup, məktəblərdə cümə namazı qılınmasına icazə verilməsini etiraz edərək Qurani-Kərimin səhifələrini cırıb.
Qeyd edək ki, Kanadanın Toronto şəhərində Xalq Məktəblərinin rəhbərliyi müəssisələrində cümə namazı qılınmasına icazə verib. Bu səbəbdən isə bir qrup etirazçı buna qarşı çıxaraq idarəçilərin yığıncağını dağıdıb.
Yaşanan hadisə ilə bağlı Xalq Məktəblərinin rəhbəri Janet McDougald Kanadanın rəsmi mətbuatına etdiyi açıqlamada bildirib ki, xalq məktəblərində 20 ildir ki, tələbələrə cümə namazı qılınmasına icazə verilib: "Son iki aydır ki, səsi çox çıxan bir qrup toplantılarımıza qarşı çıxaraq, nümayişlər təşkil edir. Vəziyyəti yerli polisə bildirəndən sonra salonun təhlükəsizliyi təmin edildi və sonra toplantımıza davam edə bildik”.
Məlum hadisədə "Qurani-Kərim”ə istiqamətli çirkin hücumu reallaşdıran qrupla əlaqədar yerli polis hər hansı bir əməliyyat həyata keçirməyib. //cebhe.info
7News.az








