İkigünlük səfəri zamanı Q.Karasin Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb, məsləhətləşmələr aparıb.
Rusiyalı diplomat həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüş zamanı aktual məsələlər, ikitərəfli və beynəlxalq məsələlər müzakirə edilib.
Q.Karasin həmçinin Azərbaycandakı rus icmasının fəalları ilə görüşüb, Rusiya dövlət mükafatı - "Dostluq ordeni”ni icmanın rəhbəri, millət vəkili Mixail Zabelinə təqdim edib.//azvision
7News.az








