RU
Kayseridə narkotacirlərə qarşı əməliyyat: 36 şübhəli tutuldu
17:00
74

Kayseridə narkotacirlərə qarşı əməliyyat: 36 şübhəli tutuldu

Kayseridə keçirilən narkotik əməliyyatında 36 şübhəli saxlanılıb.

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Kayseri Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları şəhər daxilində 4 aylıq texniki təqib nəticəsində təyin olunan ünvanlarda əməliyyat keçirib.

Ünvanlarda aparılan axtarış zamanı 21 kilo 146 qram narkotik vasitə, 3 min 794 sintetik həb, 14 tapança, 59 patron və 3 dəqiq tərəzi götürülüb.

Nəzarətə alınan 36 şübhəlinin polis bölməsində əməliyyatları davam edir.

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ