Sabiq prezident Robert Köçəryana qarşı yeni cinayət işi açılması istisna deyil.
"Ölkə.Az” "sputnikarmenia”ya istinadən xəbər verir ki, prokuror Gevorq Baqdasaryan Köçəryana qarşı yeni cinayət işinin açılmasını istisna etməyib.
Prokurorun sözlərinə görə, ilkin instansiyada keçirilən məhkəmə prosesləri Konstitusiyanın tələbləri ilə ziddiyət təşkil etdiyindən Köçəryana qarşı yeni ittihamlar irəli sürməyə imkan verir.








