7NEWS.Az xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesidə anket məlumatları dəqiqləşdirilib.
İş üzrə məhkəmə baxış iclası sentyabrın 20-nə təyin olunub.
Qeyd edək ki, 2021-ci il iyunun 04-də Salyan şəhər sakini Cəmilə Əsgərovanın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Xəyal Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Cəmilə Əsgərovaya mətbəx bıçağı ilə müxtəlif bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Xəyal Əsgərov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.








