RU
Keçmiş polis arvadını güllələyib öldürdü
21:20
363

Keçmiş polis arvadını güllələyib öldürdü

Üç uşaq anası olan qadını əri güllələyib öldürdü.

Hadisə axşam saatlarında Qaziantepdə, Merveşehir Mahalında baş verib. Məlumata görə, boşanma prosesində olan və barəsində həbs-qətimkan tədbiri seçilən keçmiş polis məmuru 52 yaşlı Mehmet Yavuz övladını görmək üçün həyat yoldaşı Derya Yavuzun evinə gəlib.

Binanın girişində həyat yoldaşını evə buraxmadığı üçün ərlə arvad arasında mübahisə baş verib və qısa zamanda mübahisə davaya çevrilib.

Bu zaman Mehmet Yavuz üzərində olan odlu silahla həyat yoldaşına atəş açıb. Silah səslərini eşidən qonşular dərhal polisə və təcili yardıma zəng vurublar.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri 3 uşaq anası olan Derya Yavuzun öldüyünü müəyyən ediblər.

Arvadını küçənin ortasında öldürdükdən sonra hadisə yerindən qaçan Mehmet Yavuz polis əməkdaşları tərəfindən axtarılır./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ