7NEWS.az xəbər verir ki, Belçikanın Flamand bölgəsində yaşayan cütlük 2020-ci ildə ayrılıb. Boşandıqdan sonra 38 yaşlı belçikalı keçmiş sevgilisinin şəxsi görüntülərini internetdə yayımlayıb. Belçikalı qadın keçmiş sevgilisi və Google-a qarşı 2020-ci ilin dekabrında Gent Məhkəməsinə şikayət edərək, şəkillərin yayılmasına onun adından razı olmadığını bildirib. Boşandığı sevgilisi məhkəmədə etiraf edib ki, o, bu görüntüləri özü paylaşıb və qisas almaq üçün şəxsi saytlarda yerləşdirib. Məhkəmə görüntülərin silinməsinə qərar verərkən, qadının internetdə çəkilməyən hər şəklinə görə keçmiş sevgilinin 10 min avro ödəməsi qərara alınıb. Onun şəkilləri internetdə yayılmağa davam etdikdən sonra qadının vəkilləri ötən ilin sentyabrında yenidən məhkəməyə müraciət edərək belçikalı qadının 42 şəklinin hələ də internetdə dolaşdığını bildiriblər. Qadının vəkilləri onun keçmiş sevgilisindən internetdə yayılan hər görüntü üçün 10 min avrodan ümumilikdə 420 min avro alınması üçün icra prosesi tələb ediblər. İcra hakimi 2022-ci ilin sentyabrında keçmiş sevgilisindən girov yolu ilə 420.000 avro alınması ərizəsi ilə bağlı qərar verib. Belçikalı kişinin evi də daxil olmaqla 420 min avro dəyərində bütün var-dövləti müsadirə edilib.
7NEWS.az








