RU
Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü yerdən - Fotolar
17:30
109

Kəlbəcərdə 8 nəfərin minaya düşdüyü yerdən - Fotolar

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşdüyü ərazidən görüntülər lentə alınıb.
Report-un Kəlbəcərə ezam olunmuş əməkdaşı traktor və hərbi avtomobilin mina partlayışından sonrakı vəziyyətini əks etdirən fotolar çəkib.

Ərazidən görüntüləri təqdim edirik.

Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

 

 





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ