RU
Kərbəlada DƏHŞƏT: Ziyarətgah uçdu, ölənlər və yaralılar var
17:30
182

Kərbəlada DƏHŞƏT: Ziyarətgah uçdu, ölənlər və yaralılar var

İraqın Kərbəla şəhərində uçqun baş verib.

7News.Az "modern.az"-a istinadla xəbər verir ki, şəhərdəki Qəttarat İmam Əli türbəsinin damı çöküb.

Hadisə zamanı ibadət ocağında xeyli sayda ziyarətçi olub. İlkin məlumata görə, uçqun nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Əraziyə xilasetmə briqadaları və təcili tibbi yardım qrupları cəlb olunub. Uçqun altında qalanların olduğu bildirilir. Xilas edilənlər arasında üç uşaq var. Ölü sayının artması istisna edilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ