RU
Kərbəlada İran konsulluğuna hücum - Tehran nota verdi
15:20
388

Kərbəlada İran konsulluğuna hücum - Tehran nota verdi

İran XİN İraq hökumətinə etiraz bildirib.

7News.Az "Fars News”a istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

Onun sözlərinə görə, İraqın Kərbəla şəhərində İran baş konsulluğuna edilən hücumla bağlı Tehrandakı səfirliyə etiraz notası təqdim olunub.

Xətibzadə bildirib: "İslam Respublikası İraqdakı diplomatik obyektlərinə edilən hücumu qətiyyətlə pisləyir və İraq səlahiyyətlilərinin öz vəzifələrini layiqincə yerinə yetirəcəyinə ümid edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ