Azərbaycanın cəlb olunduğu Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin Moldova və Gürcüstanda davam edən münaqişələr Avropanın təhlükəsizliyini pozmağa davam edir"
Kerrinin sözlərinə görə, ATƏT məkanında bir çox yerlərdə təşkilat korrupsiya, ATƏT-ə üzv ölkələr arasında etimadın olmaması kimi problemlərlə üzləşir.
Hamburq sammitdə çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov da Dağlıq Qarabağ münaqişəsindən danışıb: "Daha əvvəl əldə olunmuş razılaşmalara sadiqlik bütün çətin problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas açardır".
Lavrov qeyd edib ki, münaqişələrin nizamlanması müəyyən olunmuş formatlar çərçivəsində bütün tərəflərin iştirakı və onların maraqlarının balansı əsasında həyata keçirilməlidir.
7news.Az








