RU
Kəsilən ağac avtomobilin üstünə düşüb, sürücü ölüb
13:55
1108

Kəsilən ağac avtomobilin üstünə düşüb, sürücü ölüb

Şəmkir rayonunda üzərinə kəsilən ağac düşən şəxs ölüb.

7News.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsiblər. Həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşüb. R.İsmayılov hadisə yerində ölüb.

K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ