Malayziyada ölən Şimali Koreya Respublikasının lideri Kim Çen Inın qardaşı Kim Çen Nam qətlə yetirilib.
Bu barədə Amerika administrasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, hadisədə Şimali Koreya Respublikası günahkardır. ABŞ hökumətinin iddialarına görə, Kim Çen Namı elə öz ölkəsinin nümayəndələri öldürüblər. İddialara görə, ola bilər ki, Kim Çen Namın qətlinin sifarişçisi elə qardaşı Kim Çen Indır.
Məlumatda həmçinin bildirilir ki, ABŞ hakimiyyəti Kim Çen Namın hansı şəraitdə öldüyünü hələ müəyyən etməyib.
Hadisə barədə Amerika hökumət dairələri araşdırmalar aparır.
Qeyd edək ki, Şimali Koreya Respublikasının lideri Kim Çen İnin qardaşı qətlə yetirilib. Cənubi Koreyanın "Yonhap" mətbuat orqanı bu barədə xəbər yayıb. İddiaya əsasən Kim Çen İnin qardaşı Kim Çon Nam Malayziyada qətlə yetirilib.
Verilən xəbərə görə Kim Çon Nam hava limanında iki qadın tərəfindən zəhərlənmiş iynə vasitəsilə öldürülüb. Güman edilir ki, qadınlar Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Şübhəlilər hadisə yerindən qaçıb gizlənə biliblər.
Malayziya polisi isə Şimali Koreya vətəndaşının öldüyü barədə məlumat yayıb. Kuala-Lumpur hava limanından xəstəxanaya aparılan Şimali Koreya vətəndaşı yolda keçinib. Bu insanın şəxsiyyəti müəyyənləşdirilməyib./olke.az
7news.Az








