RU
Kim o deputat? - usta haqqını kəsib, “Azərsu”nu talayıb, büdcə puluna villa tikib
19:18
2681

Kim o deputat? - usta haqqını kəsib, “Azərsu”nu talayıb, büdcə puluna villa tikib

Deputat Mirzəcan Xəlilovla bağlı qalmaqal səngimir

Onun villasında işlətdiyi usta Zaurun pulunu verməməsi yenidən aktuallaşıb. 

Vətəndaş Mikayılov Zaur Əjdər oğlu bildirir ki, bu ilin iyul-avqust aylarında Xəlilovun Novxanıdakı nəhəng şəxsi imarətinin sauna hissəsinə jalüzlərin qurulması işini görüb, dizayner xidməti göstərib. 

Prosesin gedişində işlərin həcmi artıbş Z. Mikayılov 3950 manata kəsdikləri əvvəlki qiymət də müvafiq olaraq 4900 manata çıxacağını M. Xəlilovun əlaltılarına bildirdiyində ona işinə davam etməyini tövsiyə ediblər və pulun qalanının da ödəniləcəyinə əmin ediblər. 

Lakin iş başa çatandan sonra M. Xəlilov ilkin razılaşma çərçivəsindən kənara çıxan 1000 manata yaxın pulu ödəməkdən imtina edib. 

O hətta zəhmətinin haqqını tələb edən ustanı kobud sözlərlə təhqir edərək, villasından qovub.

Politika.Az-ın məlumatına görə, "Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə sirrdisə məhz M. Xəlilovun rəhbərlik etdiyi "Azərsutəchizattikinti” ASC tenderlərin qalibi elan olunur. 

Son 5 ildə bu təşkilat milyonlarla manatlıq tenderlərin qalibi olub. İctimai rəyə adı həm də xeyriyyəçi kimi sırışdırılsa da, M. Xəlilov bu gün evində işləyən ustanın pulunu vermir. 

Politika.Az deputatlığa namizəd olan Həcər Abbaslının rəqibi olmuş M.Xəlilov haqda fikirlərini yada salmağı zəruri hesab edib. 

Xanım namizəd bildirmişdi ki, dövlət torpaqlarını suvarma adı ilə bostan təsərrüfatını genişləndirən, büdcədən milyonlar oğurlayan M.Xəlilov bununla villalara sahiblənib./politika.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ