Suriyada Bəşər Əsəd rejiminin tərəfində Şimali Koreyadan olan hərbçilər vuruşurlar.
7news.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Cenevrədə Suriya müxalifəti ilə danışıqlar üzrə Ali Komitənin rəhbəri Asaad əz-Zaubi deyib.
"Orada hətta Şimali Koreyadan iki qrup da var", - deyə Zaubi brifinqdə Bəşər Əsədin xarici tərəfdaşlarını sadalayarkən qeyd edib.
Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri olduqca təhlükəlidirlər.
Müxalifət nümayəndəsi, həmçinin vurğulayıb ki, Əsədin tərəfində əfqanlar və iranlılar da vuruşurlar.
7news.Az








