RU
KİV: Kanada Sakit okeanda müttəfiqləri ilə Çinin təsirinə qarşı əlaqələri genişləndirir
19:00
959

KİV: Kanada Sakit okeanda müttəfiqləri ilə Çinin təsirinə qarşı əlaqələri genişləndirir

Kanada Sakit okean regionunda Çinin təsirinə qarşı mübarizə məqsədilə hərbi və iqtisadi əlaqələri genişləndirməyə hazırlaşır.

Bu barədə "Bloomberg" Ottavanın yeni siyasətini əks etdirən sənədə istinadən yazır.

Kanadanın xarici işlər naziri Melani Coli yaxın vaxtlarda ölkənin bu regionla bağlı yeni strategiyasını elan edəcək.

"Söhbət Çinə gəldikdə, bilirik ki, bölgədə təsir uğrunda mübarizə gedir. Ona görə də öz oyunumuzu oynamalıyıq", - Coli deyib.

Sənədə əsasən, Ottava yenilənmiş regional siyasət üçün təqribən 1,7 milyard dollar ayıracaq: vəsait dəniz patrullarının, kəşfiyyatın və kibertəhlükəsizliyin gücləndirilməsinə, Kanadanın Şərqi Çin və Cənubi Çin dənizlərindəki tərəfdaşları ilə əməkdaşlığının genişləndirilməsinə yönəldiləcək./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ