RU
KİV: Liz Trass Britaniyada ƏDV-ni 15%-ə endirmək istəyir
13:15
932

KİV: Liz Trass Britaniyada ƏDV-ni 15%-ə endirmək istəyir

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ölkədəki böhranı yüngülləşdirmək üçün ƏDV-ni 15%-ə endirməyi düşünür.

Bu barədə The Daily Telegraph yazır.

Nəşr qeyd edib ki, ƏDV-nin 15%-ə endirilməsi təklifi Trassın özünün siyasi kursunun dəyişməsindən xəbər verir. Eyni zamanda, təşəbbüs qəbul olunarsa, bu, vergi dərəcəsində tarixdə ən böyük azalma olacaq.

Bu, ölkədəki orta ev təsərrüfatına ildə 1300 funt-sterlinqdən çox qənaət etməsinə gətirib çıxaracaq.

Nəşrin fikrincə, ƏDV-nin azaldılması həm də bir çox müəssisələri müflis olmaqdan qorumağa kömək edəcək. Eyni zamanda, belə bir tədbir əhalinin həssas təbəqələrinə əlavə dəstək ilə müşayiət olunmalıdır. Çünki, qışda onlar üçün elektrik enerjisi qiymətləri ötən illə müqayisədə üç dəfə artacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ