Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Aşağıdakı şəxslər Prezident yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin
edilib:
Dövlət orqanlarından:
Quliyev Cəmaləddin Həsən oğlu
-
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Həsənov Rasim Aydın oğlu
-
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr
idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri
Hümbətov İntiqam Rəsul oğlu
-
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və
ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş
sektorunun müdiri
Kütləvi informasiya vasitələrindən:
Həsənov Həsən Zal oğlu
-
"Xalq qəzeti”nin baş redaktoru
Hüseynov İlqar Məmməd oğlu
-
"Trend” İnformasiya Agentliyinin baş direktoru
Quliyev Bəhruz Vaqif oğlu
-
"Səs” qəzetinin baş redaktoru
Jurnalist təşkilatlarından:
Əskərov Ramiz Baxşəli oğlu
-
Azərbaycan Jurnalistlər Birliyinin baş katibi
Mirzəyev Ayaz Nizami oğlu
-
"Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
Rüstəmov Əvəz Cahangir oğlu
-
"Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.








