Ukrayna Rusiya ilə enerji sistemlərinin paralel işləməsini təmin etmək üçün tədbirlər haqqında sazişindən çıxıb.
Bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk "Telegram” kanalında yazıb.
"Ukrayna Nazirlər Kabineti ilə Rusiya Federasiyası Hökuməti arasında 2012-ci il iyulun 12-də bağlanmış Ukraynanın Birləşmiş Enerji Sisteminin və Rusiya Federasiyasının Vahid Enerji Sisteminin paralel fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər haqqında saziş qüvvədən düşüb”, - paylaşımda bildirilir./apa
7NEWS.Az








