RU
Kolumbiyada məhkəmə ölkə Prezidentinin ev dustaqlığı barədə qərar çıxarıb
11:00
190

Kolumbiyada məhkəmə ölkə Prezidentinin ev dustaqlığı barədə qərar çıxarıb

Kolumbiyanın İbaqe şəhərinin Ali Məhkəməsi ölkə Prezidenti İvan Dukeni məhkəmənin qərarını yerinə yetirmədiyinə görə beş sutka müddətinə ev dustaqlığına buraxmaq qərarına gəlib.

Bu barədə "El Tiempo” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, siyasətçi ev dustaqlığı ilə yanaşı, cərimələnib

Hakim hesab edib ki, dövlət başçısı 2020-ci ilin məhkəmə qərarına məhəl qoymayıb. Qərara görə hakimiyyət Kolumbiyanın qərbində yerləşən Los Nevados Milli Parkının mühafizəsi planını hazırlayıb həyata keçirməli idi. Ev dustaqlığı ilə yanaşı, Prezident həm də cərimələnib.

"El Tiempo” vurğulayıb ki, İbaqe məhkəməsinin qərarını icra etmək olmaz, çünki Duke Prezident toxunulmazlığı ilə qorunur və dövlət başçısının inzibati və cinayət təqibinə dair qərarı parlament qəbul etməlidir./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ