"Dövlət Gömrük Komitəsi jurnalistlər üçün bir aylıq kurslar təşkil edə bilər".
7news.Az xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminarda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
Komitə sədri deyib ki, kurslar gömrük xidmətində qanunvericiliyin icrasının yaxından öyrənilməsi ilə bağlı olacaq:
"Mən tapşırıq vermişəm. Biz bu cür seminarları turizm bölgələrində də təşkil etməyə hazırıq. Bu gələcəkdə jurnalistlərin gömrük xidmətlərində fəaliyyət göstərməsi üçün də yaxşı addım olar".
7news.Az








