7NEWS.az xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi-Kivu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 20 nəfər həyatını itirib. Ölkə mətbuatında yer alan xəbərlərə görə, Kalinqi kəndinə son 3 gündə yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub. Təxminən 170 evin dağıldığı sürüşmə və daşqın nəticəsində indiyədək ən azı 20 nəfər həyatını itirib.
7NEWS.az








