RU
Konstantin Kosaçev:
20:50
434

Konstantin Kosaçev: "Ermənistanla Azərbaycan arasında münaqişənin həlli KTMT-nin səlahiyyətlərinə daxil deyil"

"Ermənistanla Azərbaycan arasında münaqişənin həlli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətlərinə daxil deyil”.

7NEWS.Az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev jurnalistlərin "KTMT Ermənistana Azərbaycanla münaqişədə daha fəal və hərbi yardım göstərə bilərmi?" sualını cavablandırarkən deyib.

O bildirib ki, KTMT proseslərin nizamlanmasını ən səmimi şəkildə istəyir: "Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyi tutmaq və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”, - K.Kosaçev vurğulayıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ