RU
Koronavirus xəstəsi ola-ola bərbərxanaya getdi
10:10
83

Koronavirus xəstəsi ola-ola bərbərxanaya getdi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkar edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən 7News.Az-a verilən məlumata görə, şəhər sakini Rüfət Mirzəyev koronavirus infeksiyasına yoluxduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və qaydalara riayət etməsi tapşırılıb. 

 

Buna baxmayaraq həmin şəxs yaşadığı ünvanı tərk edib və özünə məxsus bərbərxanaya gedərək digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb.

Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

R.Mirzəyev barəsində Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ