RU
Koronavirus yenidən vüsət ALIR - Qlobal miqyasda artdı
15:10
481

Koronavirus yenidən vüsət ALIR - Qlobal miqyasda artdı

Dünyada COVID-19-a yoluxma bir həftə ərzində 3% artıb.

7News.Az TASS-a istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri ötən həftə 2.68 milyondan çox koronavirusa yoluxma və 54 min ölüm halı qeydə alıblar.

DST-nin Cenevrədəki qərargahından iyulun 6-da verilən məlumata görə, əvvəlki yeddi günlə müqayisədə yoluxma sayı 3% artıb, ölüm nisbəti isə7% azalıb və keçən ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə çatıb.

Təşkilat 26 iyun-4 iyul tarixləri arasında dünyada 2.688.651 yoluxma aşkar edib və 53.958 ölüm qeyd edilib. Təkcə iyulun 4-ə qədər ümumən 183.198.019 yoluxma və 3.971.687 xəstə ölümü statistik hesabatlara yazılıb.

DST-də bir həftə ərzində ən çox yeni infeksiya sayının Braziliyada qeydə alındığını bildirib (364.709). Onu Hindistan (312.250), Kolumbiya (204.556), İndoneziya (168.780) və İngiltərə (161.805) izləyir. Ən yüksək yoluxma nisbəti Seyşel adalarında (100 min əhaliyə 758 yeni hadisə), Monqolustanda (472), Kolumbiya (402), Namibiya (367) və Kiprdə (324) qeydə alınıb.

Amerikada yoluxma bir həftə ərzində azalıb (13%). Eyni zamanda, artım Avropada (30%), Afrikada (15%), Şərqi Aralıq dənizi hövzəsində (11%), Qərbi Sakit okean bölgəsində (10%) və Cənub-Şərqi Asiyada (7%) qeydə alınıb.

Afrikada ölüm sayı xüsusilə artıb (23%). Ölüm sayında azalma Cənub-Şərqi Asiyada (12%) və Amerikada (11%) qeyd olunub. Avropada yeddi gündə 505 mindən çox insan COVID-19-a yoluxub və 6 mindən çox xəstə ölüb, Amerikada 990 mindən çox yeni yoluxma və 26 mindən çox ölüm qeyd edilib. Cənub-Şərqi Asiyada həkimlər 612 mindən çox yoluxma aşkar ediblər, 11 mindən çox insan ölüb.

DST bülleteninə görə, Hindistanda kəşf edildikdən sonra mütəxəssislərə 2020-ci ilin oktyabrından bəri məlum olan "Delta” ştammının digər variantları tez bir zamanda üstələyəcəyi və yaxın aylarda dominant olacağı gözlənilir. Avropada bu ştamm ucbatından avqustun sonuna qədər yeni yoluxmaların 90%-ini təşkil edəcəyi proqnozlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ