RU
lombard
Koronavirusa qarşı peyvənd hazırdır
10:34
643

Koronavirusa qarşı peyvənd hazırdır

Rusiyada dünyada ilk olaraq COVİD-19 koronavirusuna qarşı peyvənd hazırlayıb.

N.F.Qamaley adına Rusiya Epidemioloji və Mikrobioloji Tədqiqatlar Mərkəzində hazırlanmış peyvənd avqustun 12-də rəsmi qeydiyyatdan keçiriləcək.

7News.Az RBK-ya istinadən bildirir ki, hazırda son sınaqlar mərhələsi başa çatır. Peyvənd Rusiyada ilk əvvəl qocalara və səhiyyə sisteminin əməkdaşlarına vurulacaq.

Mərkəzin direktoru Aleksadr Ginzburqun dediyinə görə, peyvənd vurulandan sonra pasiyentdə bədən temperaturu qalxa bilər.


"Bu orqanizmə yad antigenin yeridilməsi kimidir. İmmun sistemi işə düşür və bədən hərarəti təbii yolla artır. Klinik sınaqların nəticələrinə görə, peyvənd vurulandan sonra bədən temperaturu 38 dərəcəyə çata bilər. Bu, normaldır və temperaturun artımı problemiadi "parasetamol" həbi ilə həll olunur", - A.Ginzburq deyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ