RU
Bu gün Bakının 4 rayonunda su olmayacaq
12:20
29

Bu gün Bakının 4 rayonunda su olmayacaq

Bu gün Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində bu gün günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ