Yunanıstanda koronavirus əleyhinə peyvənd olunmuş ikinci insan ölümü qeydə alınıb.
7News.Az "ERT" İctimai Televiziyasına istinadla xəbər verir ki, 77 yaşlı kişi xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
O, iyulun 30-da şöbəyə yerləşdirilib, avqustun 10-dan süni ağciyər ventilyasiyasında olub.
Bu sayaq ilk ölüm avqustun 16-da Selanikdə qeydə alınıb.
Yunanıstanda hər gün 3 mindən çox insan koronavirusa yoluxur. Avqustun 22-nə olan məlumata görə, pandemiyanın başlanmasından bəri ölkədə təxminən 560 min insan COVID-ə yoluxub, 13.384 nəfər vəfat edib.
Son həftələrdə intubasiyada olan ağır xəstələrin sayı artmaqdadır.
Təxminən 11 milyon əhalisi olan ölkədə 11,15 milyon insan koronavirusa qarşı peyvənd olunub.








