RU
Koronavirusa yoluxan professor yaddaşını itirdi
13:50
446

Koronavirusa yoluxan professor yaddaşını itirdi

Türkiyənin Diyarbakır vilayətində koronavirus xəstələrinə baxan Dr. Orhan Kavak virusa yoluxduqdan sonra yaddaşını itirib. 

7News.Az moderator.az-a istinadla xəbər verir ki, 18 günlük müalicədən sonra virusa qalib gələn professor qollarında və ürək nahiyyəsində ağrılar yarandığını və yaddaş itkisi problemi yaşadığını söyləyib.

Virusa yoluxmadan əvvəl yaddaşı ilə bağlı heç bir problem yaşamadığını deyən Kavak "Son günlər ərzində tez-tez yaddaş itkisi yaşayıram. Bir-iki saat əvvəl etdiyim şeyləri və insanların adlarını unuduram" şəklində danışıb.

Qeyd edək ki, mütəxəssislər virusa yoluxan xəstələrdə yaddaş itkisinin 1 ilə qədər davam edə biləcəyini söyləyib.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ