RU
Koronavirusa yoluxan yazıçı intihar etdi
17:30
478

Koronavirusa yoluxan yazıçı intihar etdi

Amerikalı yazıçı Haydi Ferrer koronavirusla uzun müddət mübarizə apardıqdan sonra intihar edib.

7News.Az Lent.az-a istinadla bildirir ki, bu barədə Ferrerin həyat yoldaşı, kinematoqraf Nika Quta istinadla məlumat yayılıb. .
50 yaşlı Ferrer Los-Ancelesdə intihar edib. Onun 13 yaşlı oğlu Brekson qalıb.

 

Yazıçı COVID-19-a 2020-ci ilin aprel ayında yoluxub, bundan sonra sağlamlıq vəziyyəti davamlı olaraq pisləşib. 2021-ci ilin may ayına qədər yataq xəstəsi olub və davamlı fiziki ağrılardan əziyyət çəkib.

Qadın ağır nevroloji titrəmədən və xəstəliyin bir çox digər ağır əlamətlərindən əziyyət çəkirdi.

Ferrer 1970-ci il mayın 28-də Kanzas ştatının Salina şəhərində anadan olub. O, əvvəlcə aktrisa olmaq istəyib, bunun üçün 80-ci illərin axırlarında Los-Ancelesə gələrək Amerika dramatik incəsənət akademiyasında oxuyub.

Lakin bir neçə il sonra televiziya şouları üçün ssenari yazmağa başlayıb.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ