İngiltərənin Kembric şəhərinin 55 yaşlı sakini Ayişə Hüseyn koronavirusa yoluxduqdan sonra iflic olub.
7News.Az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Belə ki, dekabr ayında "COVİD-19"a yoluxmadan öncə qadının sağlamlığında heç bir problem olmayıb. Xəstəliyə tutulduqdan bir neçə gün sonra isə o, xəstəxanaya yerləşdirilib və 100 gün müddətində ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu saxlanılıb.
Fevral ayında biopsiya nəticəsində məlum olub ki, virus beyinə çataraq bir çox periferik sinirləri öldürüb. Ayişənin gözlərindən başlayaraq bütün bədəni iflic olub.
Həkimlər onun nə vaxtsa yenidən hərəkət edə, danışa və ya müstəqil şəkildə nəfəs ala biləcəyinə şübhə edirlər. Onlar bu barədə xəstənin 30 yaşlı qızı Əminə Baksa bildirərək anasını cihazdan ayırmaq qərarını qəbul etməyi xahiş ediblər, lakin qız imtina edib.
Anasını uşaq və nəvələrinin yanında olması üçün evə aparmaq istəyən Əminə ona yardım üçün aksiya elan edib. Yardım fondunun səhifəsində artıq 8 000 funt sterliq (təxminən 18 650 manat) məbləğində pul toplanılıb.



7News.Az








