RU
Koronavirusdan sağalan azərbaycanlı hakim: “Özümü narahat hiss etsəm...” - FOTO
13:29
171

Koronavirusdan sağalan azərbaycanlı hakim: “Özümü narahat hiss etsəm...” - FOTO

Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı hakim İsa Məmmədovun iki həftəlik karantin müddəti başa çatıb.

Bu barədə Report-a 20 yaşlı referinin özü məlumat verib.

O, artıq tam sağaldığını bildirib: "Hər şey yaxşıdır, özümü normal hiss edirəm. Tam olaraq dad və qoxuları hiss edirəm. Dünən karantin dövrü başa çatdı”.

İ.Məmmədovun sözlərinə görə, artıq ondan koronavirusla bağlı analiz götürməyəcəklər:

"Özümü narahat hiss etsəm, zəng edəcəyəm, gəlib yoxlayacaqlar”, - hakim deyib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə III kursda təhsil alır.

O, Karabükdə futbol üzrə həvəskarlar liqasında hakimlik edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ