RU
Koronavirusdan sonra yeni pandemiya olacaq - XƏBƏRDARLIQ
17:40
587

Koronavirusdan sonra yeni pandemiya olacaq - XƏBƏRDARLIQ

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş xəbərdarlıq edib.

7News.Az Lent.az-a istinadla bildirir ki, onun sözlərinə görə, koronavirusdan sonra bəşəriyyət yeni bir pandemiya ilə üzləşəcək. O, bu gün növbəti bədbəxtliyə hazırlaşmağa çağırıb.

"COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Bu sağlamlıq böhranı ilə mübarizə apararkən, növbəti pandemiyaya hazırlaşmalıyıq", - baş katib özünün "Twitter" səhifəsində yazıb.

O, yeni təhlükəyə xüsusi diqqət yetirməyi və problemin həlli üçün lazım olan məbləğdə investisiyaların ayrılmasını təklif edib.

Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus deyib ki, COVID-19 pandemiyasının 2022-ci ildə sona çatacağına ümid var.

ÜST rəhbəri qeyd edib ki, pandemiyanın son iki ilindən dərs götürmək lazımdır.

Eyni zamanda, o, koronavirusa qarşı peyvəndlərin ədalətli paylanmasının nə qədər vacib olduğunu bir daha xatırladıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ