Qabriçevski adına Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun klinik işlər üzrə direktor müavini, tibb elmləri doktoru Tatyana Rujentsova koronavirusun "omikron” ştamı ilə yoluxmanın əsas əlamətlərini açıqlayıb.
7NEWS.Az "RİA-Novosti”yə istinadla xəbər verir ki, onun sözlərinə görə, "omikron”un əsas əlamətləri ciddi zəiflik, qızdırma, baş ağrısı, öskürək və iştahsızlıqdır.
"Hazırda xəstəliyin gedişatının təhlilinə əsasən deyə bilərik ki, ilk növbədə xəstələrin əksəriyyətində güclü zəiflik və ya yorğunluq, bədən hərarətinin 38 dərəcəyə və yuxarı qalxması, baş ağrıları, iştahanın azalması, öskürək var”, deyə o söyləyib.
Rujentsova xəbərdarlıq edib ki, bu simptomlar ağciyərlərin və digər orqanların koronavirusa xas olan digər zədələnmələri ilə müşayiət oluna bilər.
Virusoloq, Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının rəhbəri Sergey Netesov isə hesab edir ki, yeni omikron ştammının xarakterik əlamətləri boğaz ağrısı, burundan axıntı və tez-tez asqırma ola bilər.
Mütəxəssislər hesab edir ki, normal şəkildə maska taxsaq, məsafə saxlasaq və peyvənd olunsaq, bu epidemiyaya qalib gələcəyik. Əgər buna yaxınlaşa bilsək, 2022-ci ildə pandemiyanı bitə bilər.
7NEWS.Az







