Korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılan Moldovanın Baş prokuroru Aleksandr Stoyanoqlo barəsində məhkəmə hökm çıxarıb.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Baş prokuror ev dustağı edilib.
Qeyd edək ki, Stoyanoqlo oktyabrın 5-də barəsində açılan cinayət işi üzrə vəzifəsindən uzaqlaşdırılıb.
7NEWS.Az







