Ötən gecə əsasən etnik serblərin yaşadığı Kosovanın şimalında polislə atışma olub.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Kosova Polisi məlumat yayıb.
Qeyd edilib ki, müəyyən kriminal qruplar Kosovanın şimalında bir neçə magistralı bağlayıb, xidməti vəzifələrini yerinə yetirən polislərə atəş açıb.
Polis cavab atəşi açmaq məcburiyyətində qalıb. Polisə atəş açanlar naməlum istiqamətə qaçaraq gizləniblər.
Atışma nəticəsində ölən və yaralananlar yoxdur.
7NEWS.Az








