RU
Kreml Hindistan Baş nazirinin Putinlə görüşdən imtina etməsi xəbərini təkzib edib
20:00
471

Kreml Hindistan Baş nazirinin Putinlə görüşdən imtina etməsi xəbərini təkzib edib

Kreml Hindistan Baş nazirinin Putinlə görüşdən imtina etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

İlin sonuna qədər Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modinin görüşü planlaşdırılmayıb.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"İlin sonuna qədər, əslində, heç bir görüş nəzərdə tutulmurdu. Heç kim heç nədən imtina etməyib. Çünki planlaşdırılan təmaslar olmayıb. Gələn il görüşün qrafiki razılaşdırılacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Bloomberg agentliyi Hindistanın Baş naziri Narendra Modinin "Ukraynada nüvə silahından istifadə etmək” hədəsinə görə Putinlə görüşdən imtina etdiyini yazıb./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ